Bayden İranla nüvə anlaşmasına geri dönməyə hazır olduğunu təsdiqləyib

  • Space TV
  • 2 Dekabr 2020 11:54

ABŞ prezidenti seçilən demokrat Cozef Bayden gələcək administrasiyanın ABŞ-ın İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtması üzərində işləməyə hazır olduğunu təsdiqləyib.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, siyasətçi “The New York Times”a müsahibəsində belə açıqlama verib.

Belə ki, Bayden bunun asan olmayacağını, amma mümkün olduğunu bildirib. Onun sözlərinə görə, gələcək administrasiya müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıq edərək danışıqlarda iştirak etmək və İranın nüvə proqramı ilə bağlı məhdudiyyətləri gücləndirəcək və genişləndirəcək, habelə Tehranın raket proqramı ilə əlaqəli əlavə razılaşmalar hazırlamaq niyyətindədir.

Eyni zamanda, siyasətçi Tehranın nüvə fəaliyyətinə nəzarət edəcək işlək razılaşmanı bölgədə sabitliyin təmin edilməsi üçün ən yaxşı vasitə hesab etdiyini vurğulayıb.

“Dünyanın bu hissəsində nüvə potensialını artırmaq istədiyimiz ən son şeydir”, – Bayden deyib.

Xatırladaq ki, daha əvvəl Bayden dəfələrlə prezident seçkisində qalib gələcəyi təqdirdə ABŞ-ı JCPOA-ya qaytarmağı planladığını bildirmişdi.

Paylaş

 Xəbəriniz olsun