Bayden ABŞ-ın hansı halda hərbi güc istifadə edəcəyini açıqladı

  • Space TV
  • 11 Fevral 2021 10:45

ABŞ Prezidenti Co Bayden ölkəsinin beynəlxalq aləmdə hərbi güc tətbiq etməsinin şərtini açıqlayıb.

TASS xəbər verir ki, bu barədə o, Pentaqondakı çıxışı zamanı danışıb.

Baydenə görə, ABŞ gücdən yalnız ilk yox, son çarə kimi istifadə etməlidir.

O qeyd edib ki, ABŞ Müdafiə Nazirliyinin əsas missiyası düşmənlərin təcavüzünün qarşısını almaq və lazım gələrsə döyüş əməliyyatları aparmaq, habelə ABŞ-ın təhlükəsizlikdə olması üçün müharibələrdə qalib gəlməkdir.

Bayden lazım gələrsə ABŞ vətəndaşlarının və ABŞ-ın dünyadakı müttəfiqlərinin maraqlarını qorumaq üçün güc tətbiq etməkdən çəkinməyəcəyini vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun