“Bavariya” “Latsio”ya rəhm etmədi, “Çelsi” tək qola sevindi

  • Space TV
  • 24 Fevral 2021 10:36

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Hər iki qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.

İspaniya La Liqasının lideri “Atletiko” pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə oynanılan görüşdə İngiltərənin “Çelsi” komandasına 0:1 hesabı ilə uduzub.

Yeganə qolu 82-ci dəqiqədə Olivye Jiru vurub.

İtaliya “Latsio”su isə öz meydanında turnirin son qalibi Almaniya “Bavariya”sına 1:4 hesabı ilə məğlub olub. Oyunda hesabı 9-cu dəqiqədə qonaqların hücumçusu Robert Levandovski açıb. 23-cü dəqiqədə Camal Musiala, 42-ci dəqiqədə isə Leroy Sane rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib.

İlk hissə bu hesabla bitib. Münhen təmsilçisi ikinci yarıya da erkən qolla başlayıb. 47-ci dəqiqədə Roma klubunun futbolçuu Françesko Açerbi topu öz qapısından keçirib. İki dəqiqə sonra “Latsio” fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Komandalar arasında cavab görüşləri martın 18-də keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun