“Bavariya” klublararası dünya çempionatının qalibi oldu – FOTO

  • Space TV
  • 12 Fevral 2021 10:27

Qətərdə keçirilən klublararası dünya çempionatının final matçında Almaniyanın “Bavariya” klubu Meksikanın “Tiqres” komandasını 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Avropa çempionu şimali amerikalıları fransız müdafiəçi Benjamin Pavarın qolu sayəsində məğlub edib.

Beləliklə, Münhen klubu ikinci dəfə dünya çempionu adını qazanıb. Komanda bu titula ilk dəfə 2013-cü ildə yiyələnib.

Bununla da, “Bavariya” bu titulun sayına görə “Korintians”a çatıb. Yalnız “Real” (4 dəfə) və “Barselona” (3 dəfə) bundan daha çox çemionluq əldə ediblər.

Qeyd edək ki, son 7 təqvim ayı ərzində “Bavariya” 6 kubok qazanıb. Komanda Almaniya çempionatı, Kuboku və Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatı kubokunun sahibi olub.

Paylaş

 Xəbəriniz olsun