“Bavariya” klublararası dünya çempionatında finala çıxdı – FOTO

  • Space TV
  • 9 Fevral 2021 10:04

Qətərdə keçirilən klublararası dünya çempionatında Almaniyanın “Bavariya” klubu Misirin “Əl-Əhli” kollektivinə 2:0 hesabı ilə qalib gəlib.

“Sports” resursu məlumat verir ki, Avropa çempionu afrikalıları Levandovskinin dublu sayəsində məğlub edib.

Beləliklə də, turnirin fevralın 11-də keçiriləcək final matçında münhenlilər Meksikanın “Tiqres” komandası ilə qarşılaşacaq.

Paylaş

 Xəbəriniz olsun