Batumidəki neft terminalında yanğın olub

  • Space TV
  • 16 Noyabr 2020 14:26

Gürcüstanın Batumi şəhərində yerləşən neft terminalında yanğın baş verib.

Spacetv.az xəbər verir ki, terminala yaxınlaşan dizel yanacağı ilə dolu vaqon alovlanıb.

Əraziyə 15-ə yaxın yanğınsöndürmə briqadası cəlb olunub. Alovun ətrafa yayılması və partlayış təhlükəsi olsa da, yanğın artıq söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

Xatırladaq ki, terminalın və yanan vaqonun (yükün) Azərbaycana, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) aidiyyatı yoxdur. Terminalı Qazaxstanın “KazMunayGas” şirkətinin törəməsi – “KazTransOil” şirkəti idarə edir.

Paylaş

 Xəbəriniz olsun