Baş redaktor koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

  • Space TV
  • 22 Dekabr 2020 12:34

Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlu (Rəhimov) koronavirusa yoluxub.

Spacetv.az Trend-ə istinadən xəbər verir ki, baş redaktor Bakıda fəaliyyət göstərən “Yeni Klinika”ya yerləşdirilib.

Klinikanın müalicə həkiminin sözlərinə görə, dünən R.Hafizoğlunun vəziyyəti son dərəcə ağırlaşıb, saturasiya göstəricisi 55 faizə düşüb. O, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. 

Paylaş

 Xəbəriniz olsun