Baş Prokurorluqdan karantini pozanlara ciddi XƏBƏRDARLIQ – VİDEO

  • Space TV
  • 9 Dekabr 2020 12:29

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

Spacetv.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

“Təəssüflə bildiririk ki, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına rast gəlinir.

Məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, karantin rejimininin tələblərini pozan şəxslərin müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək”, – Mətbuat Xidmətindən bildirilib.

Paylaş

 Xəbəriniz olsun