Baş Prokurorluq Rusiyaya məxsus helikopterin vurulması ilə bağlı araşdırmalara başladı

  • Space TV
  • 10 Noyabr 2020 10:49

9 noyabr tarixində saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb.

Spacetv.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.

“Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir”, – məlumatda qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun