Baş Prokurorluq məlumat yayıb

  • SpaceTV
  • 16 Avqust 2019 14:54

Baş Prokurorluq Zaqatala rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı ilə bağlı məlumat yayıb. Məlumatda 4 ay müddətində Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri işləmiş mərhum Musa Feyzullayevin intiharının səbəbləri də qeyd olunub. 

Qurumun Mətbuat xidmətindən  bildirilib ki, avqustun 15-də Zaqatala şəhərində yaşamış 1980-ci il təvəllüdlü Feyzullayev Musa Feyzulla oğlunun Qax rayonunda valideynlərinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb. Fakta görə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədi ilə iş üzrə mərhumun ailə üzvlərinin və digər şəxslərin ifadələri alınıb. İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, 4 aya yaxın müddət ərzində Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri işləmiş mərhum Musa Feyzullayevin intihar etməsinə səbəb ailə-məişət zəminində və şəxsi problemləri olub. Onun  intahar etməsi xidməti fəaliyyəti ilə bağlı olmayıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun