Baş Prokurorluq: Ermənilərin ötən gecə Gəncəni raket atəşinə tutması nəticəsində 2 azyaşlı itkin düşüb

  • SpaceTV
  • 17 Oktyabr 2020 13:17

Ermənilərin ötən gecə Gəncəni raket atəşinə tutrması nəticəsində 2 azyaşlı itkin düşüb. 

Bu barədə spacetv.az-a Baş Prokurorluqdan məlumat verilib. 

Qeyd olunub ki, düşmənin xain təxribatı nəticəsində 13 dinc sakin həlak olub, 48 nəfəri yaralınıb. 

Həlak olanların 3-ü azyaşlı, 4-ü qadın, 6-sı kişidir. 

Yaralananların 5-i azyaşlı, 20-si qadın, 23-ü kişidir. 

İki uşaq isə itkin düşüb.

Paylaş

 Xəbəriniz olsun