Baş Prokurorluq erməni təxribatlarının nəticələri barədə məlumat yaydı – FOTO

  • Space TV
  • 6 Oktyabr 2020 10:42

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Spacetv.az-a verilən məlumata görə, sentyabrın 27-dən bugünə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər yaralanıb.

Bundan başqa, 63 mülki obyekt və 376 yaşayış evi yarasız vəziyyətə düşüb.

Paylaş

 Xəbəriniz olsun