“Baş Nazirin qərarı məhsulların ucuzlaşmasına gətirib çıxaracaq” – Vahid Əhmədov

  • Space TV
  • 19 Dekabr 2019 12:19

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15%-dən 0%-ə, ferroərintilərin ixrac rüsumu 5%-dən 0%-ə endirilib.

SPACE TV  xəbər verir ki, Beşinci çağırış Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a bildirib ki, Baş Nazir dəyişəndən verdiyi ən mühüm qərarıdır:

“Daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15%-dən 0%-ə endirilib. Metallurgiya, kimya, rezin plastmas və qida sənayesi məhsullarını əhatə etməsi olduqca əhəmiyyətlidir. İdxal rüsumlarının aşağı salınması daxili bazarda həm məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq, həm də həmin məhsulların ucuzlaşmasına gətirib çıxaracaq. Eyni zamanda, xarici bazarda rəqabətqabiliyyətliliyini artıracaq”.

V.Əhmədov qeyd edib ki, qərarın ikinci hissəsi Sumqayıt sənaye parkındakı zavodun fəaliyyətini stimullaşdıracaq:

“Qərarın ikinci hissəsi ferroərintilərin ixracının stimullaşdırılması ilə bağlıdır. 2018-ci ildə cənab Prezident Sumqayıtda Kimya sənaye parkı açdı. Hansı ki, həmin parka 50 milyon manata yaxın investisiya qoyulmuşdu. Ferroərintilərin ixrac rüsumunun 5%-dən 0%-ə endirilməsi zavodun fəaliyyəti üçün olduqca əhəmiyyətlidir. Görünən odur ki, Nazirlər Kabinetinin müsbətə dorğu qərarları alqışlanmalıdır”.

Paylaş

 Xəbəriniz olsun