Baş nazirin həyat yoldaşı da koronavirusa yoluxdu

  • Space TV
  • 13 Mart 2020 11:16

Kanada Baş naziri Castin Trüdonun həyat yoldaşı koronavirusa yoluxub.

SPACE TV xəbər verir ki, rəsmi açıqlamada Sofia Qreqori Trüdonun “Covid-19” testinin pozitiv çıxdığı bildirilib. Onun vəziyyətinin yaxşı olduğu və 14 gün karantində saxlanılacağı qeyd edilib.

Qeyd edək ki, Sofia Qreqori Trüdonun karantinə alınması ilə bağlı dünən məlumat verilmişdi.

Paylaş

 Xəbəriniz olsun