Baş nazirdən viza ilə bağlı QƏRAR

  • Space TV
  • 25 Dekabr 2019 15:52

“Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin Siyahısı” təsdiqlənib.

SPACE TV-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Siyahıda nəzərdə tutulan ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyənləşib.

Bildirilib ki, bu rüsumun məbləği “Dövlət rüsumu haqqında” qanunla ilə eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqlidir.

Buna görə də qərara alınıb ki, “Dövlət rüsumu haqqında qanunun 17.6-1-ci maddəsinə uyğun olaraq dövlət rüsumunun dərəcəsi həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən edilsin.

Qeyd edək ki, siyahıya ABŞ və Koreya Respublikası (Cənubi Koreya) daxildir.

Paylaş

 Xəbəriniz olsun