Baş nazir ukraynalı həmkarına başsağlığı verdi

  • SpaceTV
  • 26 Sentyabr 2020 16:42

Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ukraynanın Baş naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.

Spacetv.az xəbər verir ki, Nazirlər Kabinetinin saytının yayımladığı məktubda deyilir:

“Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Paylaş

 Xəbəriniz olsun