Bu günlərdə Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov Space tv-də olub.
Baş nazirin Space TV -də olmasının məqsədi yeni layihədə iştirak etməsidir.
Sentyabrın 6-da saat 22:50-də Space tv-də “Sadə həqiqətlər” verilişi yayımlanacaq. Verilişin ilk qonağı isə baş nazir Novruz Məmmədov olub. İctimai-siyasi yüklü “Sadə həqiqətlər” verilişi digər verilişlərdən fərqlidir.
Məlumat üçün bildirək ki, “Sadə həqiqətlər” verilişinin aparıcısı efirdə görünməyəcək və onun səsindən kimliyini tamaşaçılar müəyyənləşdirə biləcəklər.
Space TV