Baş nazir Məsud Yılmazın vəfatı ilə əlaqədar Türkiyəyə başsağlığı verib

  • Space TV
  • 4 Noyabr 2020 17:14

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.

Nazirlər Kabinetindən Spacetv.az-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş Naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.

Baş nazir səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

Paylaş

 Xəbəriniz olsun