Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb

  • Space TV
  • 22 Avqust 2020 10:41

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Spacetv.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.  

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Şuranın sədri seçilib. 

Şuranın tərkibinə isə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Hüseynova daxildir.

Paylaş

 Xəbəriniz olsun