Avropa Şurasının baş katibi Turbyorn Yaqland sentyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsində vida nitqi ilə çıxış edəcək. Bu barədə Yaqlandın sözçüsü Daniel Holtgen rəsmi “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, Turbyorn Yaqland 2009-cu ildən bu yana Avropa Şurasının baş katibi vəzifəsində çalışır. Yaqland vəzifədən gedəndən sonra onu bu postda Xorvatiyanın Xarici İşlər naziri Mariya Peyçinoviç Buriç əvəz edəcək. Buriç sentyabrın 20-də vəzifəsinin icrasına başlayacaq.