Baş infeksionist ölkədə koronavirusun olmasından xəbərsiz imiş – “Qoy dəqiqləşdirim…”

  • SpaceTV
  • 28 Fevral 2020 16:48

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alınsa da Səhiyyə nazirliyinin baş infeksionisti Cəlal İsayev bundan xəbərsizdir.

SPACE TV  xəbər verir ki, ölkə.az-a açıqlama verən baş infeksionist Cəlal İsayev Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alınma faktından xəbərsiz olduğunu dilə gətirib.

“Mənim xəbərim yoxdu. Artıq bununla bağlı mənə sizdən əvvəl də zəng etsələr dedim ki, xəbərim yoxdu. “Gün ərzində başqa işlərlə məşğul olduğumdan bu barədə hər hansı məlumat ala bilməmişəm. Qoy dədiqləşdirim, ondan sonra hansı addımların atılması barədə fikir yürüdə bilərəm”- C.İsayev qeyd edib.

C.İsayev onu da əlavə edib ki, əgər fakt doğrudursa, o zaman həmin şəxslə təmasda olan bütün insanlar yoxlanılacaq və testdən keçiriləcək, karantinə alınaraq proflaktik tədbirlər görüləcək.

Paylaş

 Xəbəriniz olsun