Baş həkim: Zəhərlənən tələbələrin vəziyyəti stabil-ağır olaraq qalır

  • SpaceTV
  • 21 Noyabr 2019 17:52

əhərlənən tələbələr özünə gəlsə də, vəziyyətləri stabil-ağır olaraq qalır.

Bu barədə SPACE TV -ə1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.

O bildirib ki, tələbələrin nədən zəhərlənməsi ilə bağlı dəqiq fikir söyləmək tezdir:

“Zəhərlənmənin mənşəyi hələlik məlum deyil. Təxminəən 40 dəqiqədən sonra götürülən toksikoloji analizlərin cavabı gələcək. Yalnız ondan sonra zəhərlənmənin səbəbi barədə bir söz demək mümkün olacaq.

Hazırda vəziyyətləri stabil, ağır olaraq qalır. Huşları özlərində olsa da, zəifdirlər. Zəhərlənmənin növləri çoxdur. Bu, həm məişət, həm sənaye zəhərlənməsi ola bilər. Hazırda onların vəziyyətlərinin yaxşılaşdırılması üçün həkimlər əllərindən gələni edir”

Paylaş

 Xəbəriniz olsun