Baş həkim döyüldü

  • SpaceTV
  • 24 Oktyabr 2019 16:56

Hadisənin  baş verdiyi  Yasamal rayonu Mətbuat prospektində yerləşən xəstəxanaya yollandıq.Klinikanın baş həkimi İran vətəndaşı olan Behnam Kazemi ilə həmsöhbət olduq.O bildirdiki işi ilə əlaqədar olaraq bir müddət Kanadada qalıb.Xaricdə olarkən öyrənibki xəstəxananın yerləşdiyi binanın sahibi həmin yeri başqa bir adama icarəyə verib.Halbuki Behnam Kazeminin sahibkarla 10 illik müqaviləsi var.

Məsələyə aydınlıq gətirmək isəyən həkimlə sahibkar 74 yaşlı Xəlil Musayev arasında qalmaqal yaranıb. Sahibkar həkimə əl-qol atmaqla yanaşı,onu təhqir də edib.

Behnam Kazemi hadisə ilə bağlı artıq hüquq-mühafizə orqanlarına da məlumat verib.Məsələ ilə əlaqəsar olaraq sahibkar Xəlil Musayevlə əlaqə saxladıq.O deyilənləri təkzib etdi.Bildirdiki sözügedən  klinikanın 154 kvadrat metrini Behnam Kazemiyə icarəyə verib.Qalan hissəsini isə başqa bir şəxsə icarəyə verib.Sahibkar klinikanın ona 33 min manat kirayə borcunun olduğunu da bildirib.Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun