“Barselona”nın prezidenti sabah istefa verə bilər

  • SpaceTV
  • 26 Oktyabr 2020 16:43

İspaniya “Barselona”sının rəhbərliyi istefa verməyə yaxındır.

Spacetv.az “Sport.es” nəşrinə isitnadən xəbər verir ki, sabah klubun prezidenti Jozep Bartomeu və direktorlar şurasının üzvləri öz vəzifələrindən ayrıla bilərlər.

Bu, səlahiyyətli şəxslərin 1-2 noyabr tarixlərinə təyin olunan klub rəhbərliyinə etimadsızlıq səsverməsini təxirə salmaqdan imtinası halında baş verəcək.

Klub hesab edir ki, bölgədə koronavirusa yoluxma hallarında artım olduğu üçün təklif olunan referendum tarixləri seçicilərin sağlamlığını təhlükə altına alır.

Paylaş

 Xəbəriniz olsun