“Barselona”nın məşqində qalmaqal – Messi və Pike…

  • Space TV
  • 4 Fevral 2020 10:16

“Barselona”nın hücumçusu Lionel Messi ilə müdafiəçi Jerar Pike arasında münaqişə olub.

SPACE TV  İspaniya mətbuatına istinadən xəbərə verir ki, hadisə ötən çərşənbə axşamı səhər məşqi zamanı baş verib. Bildirilib ki, oyunçulardan birinin hərəkəti digərinin xoşuna gəlməyib. Bundan sonra tərəflər yüksək səs tonu ilə mübahisə etməyə başlayıblar. Ancaq digər futbolçuların müdaxiləsindən sonra Messi və Pike sakitləşib.

Paylaş

 Xəbəriniz olsun