“Barselona”nın futbolçusu İngiltərə klubunda

  • SpaceTV
  • 23 Sentyabr 2020 13:47

İspaniyanın “Barselona” klubunun futbolçusu Nelson Semedunun İngiltərə “Vulverhempton”una keçidi rəsmiləşib. 

Spacetv.az “canavarlar”ın rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 3+2 illik müqavilə imzalanıb. Kataloniya klubu qarşı tərəfin portuqaliyalı futbolçu üçün 30 milyon avro ödədiyini açıqlayıb. 

Qeyd edək ki, Nelson Semedu “Barselona”da 2017-ci ildən oynayıb.

Paylaş

 Xəbəriniz olsun