“Barselona”nın baş məşqçisi dəyişdi

  • SpaceTV
  • 14 Yanvar 2020 10:52

İspaniyanın “Barselona” klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib.

SPACE TV-in məlumatına görə, Kataloniya təmsilçisi çalışdırıcısı Ernesto Valverde ilə vidalaşıb.

Onun əvəzinə artıq yeni baş məşqçi də təsdiqlənib. “Barselona” 61 yaşlı Kike Setyenə həvalə olunub. “Betis”in sabiq çalışdırıcısı ilə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Bu gün onun rəsmi təqdimatı olacaq.

Qeyd edək ki, 2017-ci ildən “Barselona”nın “sükanı arxası”nda olan Valverde komandanı 163 rəsmi matça çıxarıb. O, bunlardan 108-də (66 faiz) qələbə qazanıb, 35-də heç-heçə (22) edib və 20-də (12) məğlub olub.

“Barselona” La Liqada 19 turdan sonra 40 xalla birinci pillədədir.

Paylaş

 Xəbəriniz olsun