“Barselona”nın 18 yaşlı yetirməsi dünyanın məşhur klublarının transfer hədəfində

  • Space TV
  • 5 Mart 2021 15:21

“Barselona” futbol akademiyasının istedadlı yetirmələrindən biri İlayş Moriba dünyanın iki nəhəng klubundan transfer təklifi alıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Qvineya əsilli ispaniyalı futbolçu ilə İngiltərənin “Mançester Yunayted” və Almaniyanın “Leypsiq” klubları maraqlanır.

Mənbə iddia edir ki, gənc futbolçu Kataloniyada qalmaq istəyir və “Barselona”nın əsas heyətinə düşməyə çalışır.

Qeyd edək ki, İ.Moriba “Barselona”nın əsas heyətində dörd dəfə meydana çıxıb.

O, iki məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş

 Xəbəriniz olsun