“Barselona” qışda yeni oyunçular ala bilməyəcək

  • Space TV
  • 11 Noyabr 2020 10:25

İspaniyanın “Barselona” komandası maliyyə problemi ilə üzləşib.

Spacetv.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubu bu səbəbdən qış transfer pəncərəsində yeni oyunçular ala bilməyəcək.

La Liqa təmsilçisi bunun üçün öz heyətindəki bəzi futbolçuları satmalıdır.

İddiaya görə, klub rəhbərliyi Ansu Fatinin zədələnməsindən sonra hücumçu və mərkəz müdafiəçisi transferi həyata keçirmək istəyib. Amma məlum səbəbndən keçid baş tutmayıb.

Paylaş

 Xəbəriniz olsun