“Barselona” klubunun texniki işçiləri Messinin klubdan getməsini istəyib

  • SpaceTV
  • 18 Noyabr 2020 15:37

“Barselona” klubunun ofisində işləyən əməkdaşlardan biri mətbuata açıqlamasında bildirib ki, Lionel Messinin Kataloniya klubunda qalması texniki işçilərin narazılığna səbəb olub.

Spacetv.az xəbər verir ki, bu barədə “Fourfourtwo” nəşri məlumat yayıb.

“Messinin klubda qaldığını biləndən sonra üzüldük. Hamı narahat oldu. Biz bilirdik ki, Messinin maaşını ödəmək üçün daha çox işçi ixtisara düşəcək.

Mən Messini çox istəyirəm, klub və bütün futbol üçün etdiklərini qiymətləndirirəm, amma daha da çox ailəmi və “Barselona”da işləməyi sevirəm”, – deyə “Barselona”nın ofisinin əməkdaşı qeyd edib. 

Paylaş

 Xəbəriniz olsun