“Barselona” futbolçularına qadağalar qoydu

  • SpaceTV
  • 11 Yanvar 2020 13:02

İspaniyanın “Barselona” klubu futbolçularının müqavilələrinə yeni bəndlər əlavə edib.

SPACE TV xəbər verir ki, bundan sonra oyunçulara klubun razılığı olmadan futbola aid olmayan peşəkar fəaliyyətlə məşğul olmasına qadağa qoyulub.

Jerar Pike Andorradan olan futbol klubunu almaq və tennis üzrə Dünya Kubokunun təşkilatçılığı ilə məşğul olmaq niyyətində idi. Həmçinin, o, keyterinq, dəb və elektron oyunlar sahəsində bizneslə də məşğuldur.

Bundan başqa, “Barselona” futbolçuların matç və məşqlər olan vaxt sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırıb. Həmçinin, ictimai yerlər üçün bağlı məkanlarda fotoların yayılmasına qadağa qoyulub. Buna oyundan öncə komandanın hoteldə məskunlaşdığı vaxt da daxildir.

Paylaş

 Xəbəriniz olsun