“Barselona” dörd futbolçusunun maaşını azaltmaq istəyir

  • Space TV
  • 25 Avqust 2020 15:07

İspaniyanın “Barselona” klubu COVID-19 infeksiyasının yaratdığı iqtisadi vəziyyətlə əlaqədar komandanın dörd futbolçusuna müraciət edib.

Spacetv.az-ın məlumatına görə bu barədə “Mundo Deportivo” xəbər verir. Kataloniya təmsilçisi Jerar Pikeyə, Serxio Busketsə, Xordi Albaya və Serxi Robertoya müraciət edərək, müqavilələrini yenidən nəzərdən keçirmələrini istəyir.

Klub koronavirus pandemiyası ilə əlaqədar olaraq adları qeyd olunan futbolçuların maaşını azalda bilər.

Paylaş

 Xəbəriniz olsun