“Barselona” Depayın keçidini razılaşdırdı

  • SpaceTV
  • 16 Oktyabr 2020 14:25

Niderland millisinin və Fransa “Lion”unun futbolçusu Memfis Depay 2021-ci ilin yanvarında İspaniya “Barselona”sına keçəcək.

Spacetv.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 26 yaşlı hücumçunun transferi ilə bağlı qarşı tərəflə razılığa gəlib.

Amma anlaşmanın detalları açıqlanmayıb. Bu keçid üçün fransızlara nə qədər təzminat ödəniləcəyi bilinmir.

Qeyd edək ki, “Barselona” yay transfer pəncərəsində Memfis Depayın transferini razılaşdırsa da, Usman Dembele ilə yollarını ayıra bilmədiyi üçün keçid baş tutmamışdı.

Paylaş

 Xəbəriniz olsun