“Barsa”nın yeni baş məşqçisi Qvardiolanın qoyduğu qaydanı bərpa etdi

  • Space TV
  • 2 Sentyabr 2020 13:47

“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman ispaniyalı Xosep Qvardiolanın qoyduğu qanunları bərpa edib.

Spacetv.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

İndi klubun bütün oyunçuları yenidən məşqlər başlamadan bir saat əvvəl bazaya gəlməlidirlər. Bu qaydanı ilk dəfə Qvardiola tətbiq edib, lakin sonradan digər məşqçilərin dövründə əməl olunmayıb.

R.Kuman sözügedən qaydanı tətbiq etməklə komandada nizam-intizamın bərpa olunmasına çalışır.

Paylaş

 Xəbəriniz olsun