“Barsa” Superkuboku əldən verdi: Messi 753 oyunda ilk dəfə qırmızı vərəqə aldı

  • Space TV
  • 18 Yanvar 2021 10:16

“Atletik” klubu İspaniya Superkubokunun finalında “Barselona”nı 3:2 hesabı ilə məğlub edib.

Sevilya şəhərinin Olimpiya stadionunda keçirilən qarşılaşmanı baş hakim Xesus Xil Mansano idarə edib.

Lionel Messi qarşılaşmanın 120-ci dəqiqəsində rəqib oyunçu Asyera Vilyalibrenin başına zərbə endirib. Bu epizodda yalnız VAR sisteminin müdaxiləsindən sonra Messiyə qırmızı vərəqə göstərilib.

Beləliklə, Messi “Barsa”da keçirdiyi 753 qarşılaşmada ilk qırmızı vərəqəsini alıb.

Paylaş

 Xəbəriniz olsun