“Barış Pınarı”nda 7-ci gün: Öldürülən terrorçu sayı 595 oldu

  • SpaceTV
  • 15 Oktyabr 2019 12:16

Fəratın şərqində Təl-Əbyad və Rəsulaynda başlayan “Barış Pınarı” hərəkatının artıq 7-ci günüdür. Bütün diqqətlər Fıratın qərbindəki Münbiçə çevrilib.

SPACE TV türk mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Qərar verdik, icra mərhələsinə keçdik” deyərək Münbiçə hərəkət siqnalı verib. Suriya Milli Ordusunun nəzarətində olan Münbiçin şimalındakı Cerabulusda Türk Silahlı Qüvvələrinin aktivliyi artıb.

Çox saylı hərbi birləşmələr Münbiç çölünə dəstək olaraq göndərilib. Bölgədə tank və zirehli maşınların hərəkətliliyi diqqət çəkir. Münbiçə gedən dəstək gücləri arasında nəhri keçməyə yardım edəcək körpülər də mövcuddur.

“YPG və Əsəd rejimi razılaşıb” iddiası.

Münbiçdə meydana gələn yeniliklərdən biri də YPG ilə rejim güclərinin anlaşdığına dair iddialar oldu. İddiaya görə, YPG Münbiç və Kobani başda olmaqla nəzarət altında tutduğu bölgələrə rejim güclərini çağırıb. Bu iddiaların ardından rejimin hərbi birləşmələri gecə saatlarında Münbiçə doğru hərəkət etməyə başlayıb.

Türkiyə Müdafiə Nazirliyi “Barış Pınarı” hərəkatı çərçivəsində öldürülən PKK/PYD-YPG terrorçularının sayının 595-ə çatdığını açıqlayıb.

Paylaş

 Xəbəriniz olsun