Barens dənizində gəmi batıb: 17 nəfər ölüb – FOTO

  • Space TV
  • 28 Dekabr 2020 12:00

Barens dənizində “Oneqa” balıqçı gəmisi batıb, göyərtədə olan 19 nəfərdən cəmi ikisini xilas etmək mümkün olub, qalanı isə hadisə nəticəsində həyatını itirib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə Arxangelsk əyalətinin Yeni Torpaq arxipelağı yaxınlığında baş verib.

İlkin məlumata görə, “Oneqa” buzlaşma səbəbindən batıb.

TASS öz mənbəsinə istinadla xəbər yayıb ki, xilas edilmiş iki dənizçi xaricində sağ qalan yoxdur:

“Buzla örtülü gəmi fırtına zamanı dərhal batıb və buzlu sudan qurtuluş üçün, demək olar ki, heç bir şans olmayıb”, – deyə mənbədən bildirilib.

Paylaş

 Xəbəriniz olsun