Banqladeşdə məsciddə partlayış: Ölənlər və yaralananlar var – FOTO

  • Space TV
  • 5 Sentyabr 2020 11:52

Banqladeşdə məsciddə azı altı kondisionerin partlaması nəticəsində 11 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Bdnews 24” xəbər yayıb.

Bildirilib ki, faciə zamanı məsciddə insanlar namaz qılırdı.

Partlayış nəticəsində  pəncərələr yerindən çıxıb, ventilyatorlar yanıb.

İlkin ehtimallara görə, hadisəyə səbəb boru kəmərində qaz sızıntısı olub.

(Həssas və ürəyi zəif olanlar fotolara baxmasın)

Paylaş

 Xəbəriniz olsun