Bankların valyuta tələbi tam təmin edilib

  • Space TV
  • 6 Oktyabr 2020 13:44

Mərkəzi Bank valyuta hərracı keçirib.

Spacetv.az xəbər verir ki, bankdan verilən məlumata görə, bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda banklar tərəfindən tələb 56,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

Paylaş

 Xəbəriniz olsun