“Bank BTB” güzəştli mənzillərin əldə edilməsi ilə bağlı sürətli kreditləşmə sisteminə keçdi

  • Space TV
  • 23 İyul 2020 12:39

Bildiyiniz kimi, “Bank BTB” Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin güzəştli şərtlərlə kreditləşməsini həyata keçirir. Həmişə olduğu kimi, bank çevik və müasir metodlardan istifadə etməklə, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların məmnunluğunu təmin edir.

Qobal pandemiya şəraitini nəzərə alaraq, sənədləşmə prosesinin sürətləndirilməsi və vaxt itkisinin qarşısını almaq məqsədilə ilk dəfə bankın Sənaye filialında notarius xidməti də fəaliyyət göstərir. Bu, müştəriyə bankın inzibati binasını tərk etmədən həm krediti, həm də mənzilin alqı-satqısını rəsmiləşdirməyə imkan verir.

Müştərilərin yeni mənzillərinə ən qısa zamanda sahib olması üçün kreditləşmə prosesini sürətləndirmək məqsədilə bankın Sənaye filialı ilə yanaşı, Sahil, 28 May, Promo, Əcəmi, H.Aslanov və Sumqayıt filialları da onlara xidmət göstərir. Gələcəkdə digər filiallarda da notarius xidmətinin fəaliyyət göstərməsi nəzərdə tutlur. Filialların ünvanları ilə buradan tanış ola bilərsiniz: https://www.btb.az/az/officees

Agentliyin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində mənzillərin satışına başlanılması ilə əlaqədar olaraq, qısa müddət ərzində bu kompleks üzrə 50 mənzilin kreditləşməsi “Bank BTB” tərəfindən həyata keçirilib. Hazırda digər mənzillərin kreditləşməsi prosesi davam edir.

Qeyd edək ki, güzəştli mənzillərin kreditləşməsi ilə bağlı hər hansı sualınız olarsa, onlayn müraciət kanallarımız olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrimizə və 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərsiniz. Həmçinin (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi həftəiçi beş gün xidmətinizdədir.

Bütün suallarınız peşəkar əməkdaşlarımız tərəfindən qısa müddət ərzində cavablandırılacaq.

Paylaş

 Xəbəriniz olsun