“Bandotdel” Bakıda kriminal aləmin “sxodka”sına basqın etdi

  • Space TV
  • 18 Avqust 2020 14:34

Bakıda gecə saatlarında restoranların birində kriminal aləmin nümayəndələrinin toplantısı keçirilib.

Spacetv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (Bandotdel) əməkdaşları həmin toplantıya basqın edib.

Əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun