BAMF erməni təcavüzü ilə bağlı hesabat hazırlayıb

  • Space TV
  • 5 Noyabr 2020 15:33

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Vətən Müharibəsi ilə bağlı ikiaylıq hesabat hazırlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu məlumat verib.

O bildirib ki, hesabat Ermənistan işğalçı qüvvələrinin Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlıdır.

Hesabatda erməni hərbi birləşmələrinin Azərbaycanın mülki şəxslərinə, strateji obyektlərə, sosial infrastruktura qarşı təcavüzün nəticələrinə dair qiymətləndirmələr əks olunub.

Sənəd BAMF müşahidә missiyasının üzvlәri – BAMF prezidenti Umud Mirzәyev, vitse-prezident Ramil Әzizov, təşkilatın Amerika təmsilçisi beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys, BAMF-in BMT-nin Cenevrə ofisində, BMT İnsan Haqları üzrə Komitəsində daimi nümayəndəsi, hüquq elmləri üzrə professor Osman Әl-Həcc tərəfindən hazırlanıb.

Paylaş

 Xəbəriniz olsun