Balıqyetişdirmədə yeni üsullar – FOTO

  • SpaceTV
  • 4 Sentyabr 2019 12:40

Son vaxtlar femerlərimizin  kənd təsərrüfatının bir qolu olan balıqyetişdirmə sahəsinə də meyli artıb. Odur ki, burada məhsuldarlığı artıra bilən yeni metodların tətbiqi də vacib amillərdəndir.

Gəlirli və perspektivli olduğundan, son dövrlər kənd təsərrüfatı istehsalçıları respublikanın müxtəlif yerlərində yaratdıqları istər kiçik balıq zavodlarında, istər süni göllər və digər qurğularda balıqyetişdirmə işini genişləndirirlər. Space TV -nin bölgə müxbiri məlumat verir ki, bunu nəzərə alaraq, ölkənin kənd təsərrüfatı elminin mərkəzi sayılan Gəncədə  “Balıqçılıq üzrə tədris-sınaq sahəsi” yaradılıb ki,  bu da sözügedən istiqamətdə tədqiqatlar aparılmasına və praktiki vərdişlərin əldə edilməsinə xidmət edir. Burada hər biri 15 ton su tutumu olan 16 ədəd açıq hovuzlarda istər yerli, istər də xaricdən gətirilən məhsuldar balıq növlərinin yetişdirilməsi üzrə eksperimental istehsal da təşkil edilib. İstehsal prosesində bir yenilik kimi tətbiq edilən,olduqca qənaətcil “suyun təkrar dövriyyəsi” üsulu balıqyetişdirənlərə tövsiyə olunub.

 Mütəxəssis  filtrasiya edilib hovuzlara qaytarılan zamanı suyun  isindiyini və bunun da əlavə enerji sərf etmədən soyuq fəsillərdə də balıq bəslənməsinə imkan yaratdığını da qeyd edib.

 Belə ki, adi halda balıq əsasən 7 ay – may ayından noyabradək yemləndiyi və qışda bəslənmədiyi halda,  filtrsiyada su isindiyindən balığı soyuq fəsillərdə də yemləyib bəsləmək mümkün olur, yəni istehsal dövrü bütün ili əhatə edir.

Zakir Muradov, Nazim Quliyev, Gəncə   

Paylaş

 Xəbəriniz olsun