Balıq tutmaq istəyən boğuldu

  • SpaceTV
  • 24 Avqust 2019 12:46

Bərdədə göldə balıq tutmaq istəyən şəxs boğulub.

Tərtər rayon sakini Vidadi Musayev Bərdə rayonunun Zümurxan kəndi ərazisində yerləşən göldə balıq tutarkən aşağı sürüşərək suya düşüb. Sudan çıxa bilməyən Vidadi Musayev boğularaq ölüb. Vidadi Musayevin meyiti sudan çıxarılıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev – Space

Paylaş

 Xəbəriniz olsun