“Space” –in bölgə müxbiri məlumat verir ki, Ağcəbədidə 60 yaşlı kişi faciəvi şəkildə ölüb.
Hadisə Ağcəbədli rayonun İsmət Qayıbov küçəsində baş verib.
60 yaşlı Elman Həsənalıyev yaşadığı evin həyətindən keçən su arxından elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan onu cərəyan vuraraq arxın içərisinə atıb. Qardaşı Həsən Həsənalıyev onun meyitini arxdan tapıb.
Faktla bağlı Ağcəbədi rayon Prokurorluğunda cinayət işi başlanıb.