Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib.
Tovuz rayonunda Kür çayına körpə balıqlar buraxılıb. Çəkisi 100 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb. Məqsəd caylara qənim kəsilərək brakanerliklə məhv edilən flora faunanaın bərpasıdır. Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi son 30 ildə caylarda balıq ehtiyyatının kəskin azalmasını və bu üsulla faunanın bərpa olunacağını deyir.
2019-cu ilin sonunadək, ümumilikdə 400 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarının əhalinin təlabatına uyğunlaşdırılmasına dəstək vermək və balıq ehtiyatlarının qorunmasının zəruriliyini təşviq etməkdir.
Nazirlik vətəndaşlara müraciət edərək balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etsinlər, min bir əziyyətlə yetişdirilmış balıq körpələrinin su hövzələrində böyüyüb təbiətimizə, insanlara fayda verməsi üçün həyata keçirilən mühafizə tədbirlərinə, sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək versinlər.
Vasif Vaqifoğlu Rəşad əlisgəndərov Space Tovuz