Salyanda balıq bazarı

  • Space TV
  • 17 Dekabr 2019 14:42

Ziyad, çəki, suf, şamayı, xanıbalığı, vobla. Salyan bazarlarında piştaxtalar üzərində belə müxtəlif çeşiddə balıq növlərinə rast gəlmək mümkündür. Hər kəs növündən asılı olaraq istədiyi balığı alır, bayrama hazırlıq görür.  Balıqlar növündən və çəkisindən aslı olaraq müxtəlif qiymətə satılır. Məsələn, 1 kiloqram ziyad 8 manata, çəkisi artıqca isə 10-12 manata, 1 kiloqram şamayı 6 manata, xanıbalığının 1 kiloqramı 3 manat 50 qəpiyə, 1 kiloqram çəki 5-6 manata alıcılara təklif olunur.

Bazarlarda balığın qiymətinin bahalaşması hələ ki, müşahidə olunmur. Satıcılar bahalaşmanı balığın az və ya çox olması ilə əlaqələndirir.

Hələ ki, yeni il bayramına 10 gündən bir qədər artıq vaxt qalıb. Amma bahalaşmaq ehtimalı da qaçılmazdır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun