Baldız böyrəyini gəlinə verdi

  • SpaceTV
  • 13 Yanvar 2020 17:54

Gəlin- baldız münasibətlərindən söz düşərkən ağla çox vaxt bir-birini görmək istəməyən, bir-birinin kölgəsini qılınclayan insanlar gəlir. Amma çox xoş istisnalar da var. Bu günlərdə ölkə mediasının gündəminə çevrilən hadisə kimi… Baldız evin gəlini, qardaşının böyrək xəstəliyindən əziyyət çəkən həyat  yoldaşına böyrəyini verərək onun sağlamlığına qovuşmasına kömək edib. Uğurlu əməliyyat urologiya və transplantologiya sahəsində yüksək ixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə icra olunub. Cərrah yüksək səviyyədə keçən əməliyyatın dörd saat davam etdiyini deyib.

Baldız, 60 yaşlı Nübar Süleymanova heç tərəddüd etmədən qardaşının xanımına börəyini verməyə razı olub.

Böyrəkköçürmə əməliyyatı da uğurla keçdi, orqanizm  köçürülmüş böyrəyi qəbul etdi.

Bu hadisə Azərbaycanda ailə ənənələrinin hələ dağılmadığına, qohumluq münasibətlərinin bu gün də yüksək səviyyədə olmasına bir misaldır.Əslən Laçın rayonundan olan Süleymanovlar ailəsi bu gün çoxları üçün nümunədir.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun