Balaxanı -Yeni turizm məkanı

  • SpaceTV
  • 25 Sentyabr 2020 13:37

Dar  və ensiz küçələrə daş    döşənib,  divarlardan  yaddaşları təzələyən ekponatlar  asılıb, eyvanlara  gül dibçəkləri düzülüb. Taxtalardan yonularaq  düzəldilib asılan  müxtəlif  aksessurlar   mənzərəyə xususi biri gözəllik və bitginlıik verir. Space TV-nin bəhs etdiyi ərazi Bakının ən qədim yaşayış yerlərindən  olan Balaxanı qəsəbəsidir.  O qəsəbə ki,  XX əsrin əvvəllərindəki neft bumuna qədər  Böyük İpək Yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi.

Qəsəbədəki   hamamların sayı isə bir deyil, bir neçədi. Az qala  hər məhəllədə  inşa edilən 18 -dən artıq  hamamın hər biri həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqləniblər. Təmir – bərpa  işləri aparlarkən məhz onların qədim dövrdən qalma görkəminə xələl gəitirilməməsi qarşıya qoyulan   əsas  məqsədlərdən olub.

Qəsəbənin hazırkı görkəmi,   qaytarılan şöhrəti,  artan qonaq-qarası,   günü -gündən çoxlan  turist sayı  yerli əhalini də məmnun edib.

Balaxanı qəsəbəsində müxtəlif turizm istiqamətləri, xüsusilə də sənətkarlıq üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyətinin  təşkil olunması da planlaşdırlır ki, bu isə  kəndin inkişafı baxımından olduqca əhəmiyyətli addımlardandır.  

Paylaş

 Xəbəriniz olsun