Balaxanı kəndi yenilənir – VİDEO

  • Space TV
  • 29 Avqust 2020 15:01

Bir zamanlar hər kəsin yaddaşında neft mədənləri, zavodların tullantı paliqonu kimi qalan Bakının ən qədim kəndlərindən biri olan Balaxanıda indi aparılanyenidənqurma və abadlıq işləri qəsəbənin görkəmini tamamilə dəyişib. Space TV-nin xəbərinə görə, ərazinin gələcəkdə turizm məkanına çevrilməsi üçün görülən işlər də sürətlə davam etdirilir.

Qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turistik məkana çevrilməsi  üçün  Kiçik və  Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi və  Bakı Abadlıq Xidməti birgə  əməkdaşlıq edəcək. Hazırda ilkin olaraq yenidənqurma və abadlıq işləri qəsəbənin Dirçəliş, Səfəvilər və Sabir küçələrini əhatə edir

Bakıətrafı  kənd və qəsəbələrin sosial-iqtisadi inkafı dövlət proqramına uyğun olaraq Balaxanı qəsəbəsini əhatə edən layihədə  bütün  küçələrdə  kanalizasiya  xətləri dəyişdirilir, rabitə və elektirik xətləri yeraltı olmaqla yenilənir. Həmçinin iaşə obyektləri də daxil olmaqla yaşayış binalarının bərpası və təmiri də icra olunur. Qəsəbədaxili yollar asfaltlanır, əksər küçələrə isə tamet daşları döşənir

Qəsəbədə  mövcud olan bütün tarixi abidələrlə bağlı da lahiyələr hazırlanıb və icrası həyata keçirilir.

Qəsəbədə abadlıq işlərinin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Bakı Abadlıq Xidmətindən  verilən məlumata görə, bu layihənin gələcəkdə Bakının əksər qəsəbələrini  əhatə etməsi nəzərdə tutlub.

Rəşad Vəkiloğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun